Azərbaycan Respublikasının rəsmi dövlət platforması
account_balance

Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmaliyye.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı north_east
lock

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin lock və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Maliyyə Nazirliyində keçirilən təlimlərdən 100%-lik nəticə əldə olunub
Xəbər calendar_month

Maliyyə Nazirliyində keçirilən təlimlərdən 100%-lik nəticə əldə olunub

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi tərəfindən birgə təşkil edilən uzunmüddətli təlim proqramı başa çatıb.

Martın 13-dən başlayan təlimlərin əsas məqsədi ictimai sektor təşkilatlarında çalışan mühasiblərin peşəkarlığının artırılması və onların Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanlarına hazırlanması olub.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı İman Yusifov tərəfindən keçirilən və dörd ay davam edən təlimlərin sonunda 8 nəfər iştirakçı proqramı tam mənimsəyib və 20 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən  keçirilən Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanının I mərhələsində iştirak edib.

Maliyyə Nazirliyində təşkil olunan təlimlərin məzunları olan 8 nəfərin hər biri imtahanda uğurlu nəticə əldə edib.

Qazanılan bu uğur muxtar respublikada ictimai sektor mühasiblərinin peşəkarlığının artırılması, maliyyə uçotunda dayanıqlı idarəetmə prinsiplərinin tətbiqi və hesabatlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə keçirilən təlimlərin ardıcıl şəkildə davam etdirilməsi prioritet fəaliyyətlərdən biri kimi müəyyənləşdirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təşkil olunan bu cür təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (3 foto)

Paylaş
Gerb
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi
newspaperMedia mailƏlaqə
Dil / Language
AZ EN