Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren düşüncə” adlı intellektual oyun keçirilib
News calendar_month

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren düşüncə” adlı intellektual oyun keçirilib

Noyabrın 12-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “10 Noyabr - Beynəlxalq Mühasiblər Günü” və “12 Noyabr - Konstitusiya Günü”nə həsr olunmuş “Suveren düşüncə” adlı fərdi intellektual oyun keçirilib.

Tədbir iştirakçıların salamlanması ilə başlayıb. Açılışda Maliyyə Tədris Mərkəzinin direktoru Tural Məmmədzadə çıxış edərək bildirib ki, bu kimi intellektual yarışların keçirilməsi əməkdaşların biliklərinin artırılmasına, analitik və məntiqi düşüncə qabiliyyətinin inkişafına xidmət edir.

Oyun fərdi qaydada təşkil olunub və suallar iştirakçıların konstitusiya, maliyyə, uçot və ümumi dünyagörüşünə dair biliklərini qiymətləndirməyə yönəlib. Beş mərhələdən ibarət yarışın sonunda qiymətləndirmə aparılıb və toplanan ballara əsasən qaliblər müəyyən edilib.

Sonda qaliblərə Maliyyə Tədris Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN