Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Naxçıvanda “Büdcə Məlumat İdarəetmə Sistemi”nin tətbiqi ilə bağlı təlim keçirilir
News calendar_month

Naxçıvanda “Büdcə Məlumat İdarəetmə Sistemi”nin tətbiqi ilə bağlı təlim keçirilir

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Büdcə Məlumat İdarəetmə Sistemi”nin tətbiqinə dair təlimlərə başlanılıb. Təlim muxtar respublikada fəaliyyət göstərən büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin sistemi öyrənməsi məqsədilə təşkil olunub.

Təlim başlamazdan əvvəl maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək müasir texnologiyaların büdcə planlaşdırılması və icrasına müsbət təsirini vurğulayıb. O, sistemin tətbiqinin şəffaflığı, operativliyi və səmərəliliyi daha artırmağa imkan verdiyini qeyd edib. Həmçinin nazir müavini belə təlimlərin gələcəkdə də davam etdiriləcəyini və büdcənin idarəedilməsinə töhfə verəcəyini bildirib.

Təlimdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələri öz sahələrinə uyğun mövzular üzrə bilik və təcrübələrini iştirakçılarla bölüşüblər. Belə ki, dövlət büdcəsinin hazırlanması və icrasının təmin edilməsi, yeni sistemin bu proseslərdə tətbiqi, yerli büdcələrin planlaşdırılması və xərclərin icmallaşdırılması zamanı elektron sistemin istifadəsinin üstünlükləri, mühasibat uçotunda beynəlxalq standartların tətbiqi və yeni sistemin hesabatlıqda şəffaflığı artırması, elektron idarəetmə və rəqəmsal həllərin büdcə proseslərinə inteqrasiyası üzrə mövzular iştirakçılara çatdırılıb.

Sonra SİNAM şirkətinin nümayəndələri “Büdcə Məlumat İdarəetmə Sistemi”nin istifadə qaydalarını praktiki nümunələrlə izah ediblər.

Təlimin sonunda iştirakçılar, elektronlaşdırılmış vahid sistemin funksionallığı və istifadəsi barədə ətraflı məlumat alıblar. Praktiki məşğələlər vasitəsilə sistemin büdcənin planlaşdırılması və icrası zamanı necə tətbiq olunduğu göstərilib. İştirakçılar bu yeni sistemin büdcə məlumatlarının idarə olunmasında şəffaflıq və operativliyi artırmağa, vəsaitlərin daha səmərəli idarə edilməsinə imkan verəcəyinə dair biliklərini dərinləşdiriblər.

Qeyd edək ki, təlim iki gün davam edəcək.

 

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (3 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN