Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinə yeni direktor təyin olunub
News calendar_month

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinə yeni direktor təyin olunub

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Tural Tahir oğlu Məmmədzadə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

5 may tarixində Maliyyə Nazirliyində Tural Məmmədzadənin Maliyyə Tədris Mərkəzinin direktoru vəzifəsinə təyin olunması ilə bağlı kollektivə rəsmi təqdimatı olub. Tədbirdə maliyyə naziri Həsən İsmayılov, nazir müavini Elvin Əlimərdanov, Nazirliyin şöbə müdirləri və Maliyyə Tədris Mərkəzinin əməkdaşları iştirak ediblər. Təqdimat zamanı Nazir Həsən İsmayılov Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və çağırışlara uyğunlaşdırılması istiqamətində tapşırıqlar verib, yeni direktora fəaliyyətində uğurlar arzulayıb. Daha sonra maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək təbriklərini çatdırıb. Tural Məmmədzadə göstərilən etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini qeyd edib.

Tural Tahir oğlu Məmmədzadə 3 yanvar 1998-ci ildə Naxçıvan şəhərində anadan olub.
Ali təhsilini və elmi fəaliyyətini Naxçıvan Dövlət Universitetində davam etdirərək bakalavr və magistratura səviyyələrini iqtisadiyyat sahəsində tamamlayıb. 2021–2024-cü illərdə “Ümumi iqtisadiyyat” ixtisası üzrə doktorantura təhsili alıb və “Naxçıvan iqtisadi rayonunda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində maliyyə mexanizminin rolunun artırılması istiqamətləri” mövzusunda elmi tədqiqat aparıb.

Əmək fəaliyyətinə "Naxçıvan" Universitetində akademik məsləhətçi kimi başlayan Tural Məmmədzadə daha sonra həmin universitetdə dekan müavini və dekan vəzifələrində çalışıb.
O, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda və Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2024-cü ildən isə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi sistemində fəaliyyətini davam etdirməkdədir.
Tural Məmmədzadə maliyyə sahəsində bir sıra peşəkar sertifikatlara malikdir. O, elmi-pedaqoji fəaliyyəti çərçivəsində iqtisadiyyat, maliyyə və idarəetmə istiqamətləri üzrə 14 elmi məqalənin müəllifidir.

Qeyd edək ki, bu təyinatadək Tural Məmmədzadə Uçot siyasəti sektorunda baş məsləhətçi vəzifəsində çalışırdı.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN