Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Maliyyə Nazirliyində "Konstitusiya və Suverenlik: Güclü dövlətin zəmanəti" adlı tədbir keçirilib
News calendar_month

Maliyyə Nazirliyində "Konstitusiya və Suverenlik: Güclü dövlətin zəmanəti" adlı tədbir keçirilib

Mayın 8-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Konstitusiya və Suverenlik: Güclü dövlətin zəmanəti" adlı tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan maliyyə nazirinin müavini Elvin Əlimərdanov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının ölkəmizin hüquqi və iqtisadi əsaslarını bir daha nəzərdən keçirmək üçün əlverişli zəmin yaratdığını qeyd edib. O, vurğulayıb ki, dövlətin hüquqi təməli olan Konstitusiya yalnız hüquqlarımızı və vəzifələrimizi müəyyənləşdirmir, eyni zamanda dövlətin suverenliyinin, bütövlüyünün və idarəetmə mexanizmlərinin əsasını təşkil edir. Suverenliyin yalnız siyasi və hüquqi sahələrlə məhdudlaşmadığını qeyd edən nazir müavini bildirib ki, suverenliyin mühüm dayaqlarından biri də maliyyə suverenliyidir, maliyyə suverenliyi isə dövlətin iqtisadi resurslar üzərində müstəqil şəkildə qərarvermə qabiliyyətidir. Dövlət büdcəsinin formalaşdırılması, vergi sisteminin təşkili, fiskal və monetar siyasətin həyata keçirilməsi — bütün bunlar birbaşa dövlətin müstəqil mövcudluğu və inkişaf potensialı ilə bağlıdır.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini Müşfiq Həsənov Azərbaycan Respublikasının öz müstəqilliyini əldə etdikdən sonra ölkədə aparılan hüquqi islahatlar, Konstitusiyanın qəbulu prosesi barədə geniş məlumat verərək bildirib ki, 34 il kimi qısa bir müstəqil dövlət ömrü yaşamasına baxmayaraq, ölkədə güclü dövlətçilik ənənələri formalaşıb. Bunda isə konstitusion dəyərlərin xüsusi rolu var.

Müşfiq Həsənov ölkədə aparılan məhkəmə və hüquq islahatlarının da Konstitusiyanın müəyyən etdiyi təməl hüquqi prinsiplərə uyğun aparıldığını vurğulayıb.

Daha sonra Ali Məhkəmənin məsul katibi Vüsal Muradov və Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-hüquqşünası Samirə İsmayılova mövzu ərtafında çıxış ediblər.

Sonda “Konstitusiyamız – suverenliyimizin təminatçısı” adlı videoçarx nümayiş edilib.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN