Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşma genişləndirilir
News calendar_month

Dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşma genişləndirilir

Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və səmərəliliyin artırılması, eyni zamanda rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni mərhələ başlanır.
Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsi sahəsində rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Yeni fərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmaların tətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyə intizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edəcək.

Fərmana əsasən Maliyyə Nazirliyi tərəfindən “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq. Bu sistem dövlət büdcəsinin gəlir və xərclərinin, vergi və gömrük daxilolmalarının, dövlət mülkiyyətində olan hüquqi şəxslərin maliyyə göstəricilərinin, audit və mühasibat uçotunun, dövlət borcunun və maliyyə öhdəliklərinin vahid elektron platforma üzərindən izlənilməsini təmin edəcək. Bununla da rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq, operativlik və nəzarət gücləndiriləcək.

Fərmana müvafiq olaraq dövlət müəssisələrinin və publik hüquqi şəxslərin büdcə layihələri və icra göstəriciləri mütəmadi təhlil ediləcək və nəticələr Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq.

Yeni yanaşmalar olaraq büdcə daxilolmaları üzərində nəzarətin artırılması, dövlət sektorunda elektron satınalma müqavilələrinin tam tətbiqi, səmərəliliyin və şəffaflığın artırılması, büdcə vəsaitlərinin ünvanlı icrası, büdcə xərclərinin optimallaşdırılması və xərc normativlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur.

   
collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN