Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 105 illik yubileyi münasibətilə təltif olunan əməkdaşlara nişanları təqdim olunub
News calendar_month

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 105 illik yubileyi münasibətilə təltif olunan əməkdaşlara nişanları təqdim olunub

15 oktyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarla görüş keçirilib və onlara nişanları təqdim olunub.

Tədbirdə maliyyə naziri Həsən İsmayılov, nazir müavini Elvin Əlimərdanov, Nazirlik Aparatının struktur bölmələrinin rəhbərləri və əməkdaşlar iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 oktyabr 2025-ci il tarixli “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında” Sərəncamı ilə uzunmüddətli və səmərəli fəaliyyətlərinə, dövlət maliyyə sisteminin inkişafında göstərdikləri xidmətlərinə görə Nazirliyin bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görülüb.

Təltif olunan əməkdaşlardan Əliyeva Fatma Həmzə qızı və Novruzova Bulqeyis Sabir qızı “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə, İmanov Sənan Nəriman oğlu, Məmmədova Kifayət Abbasəli qızı, Qədimov Məhərrəm Heydər oğlu və Sadıqova Xatirə Seyran qızı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Maliyyə naziri Həsən İsmayılov tədbirdə çıxış edərək əməkdaşları təbrik edib, onların dövlət maliyyə sisteminin inkişafına verdikləri töhfələri və uzun illər ərzində göstərdikləri peşəkar fəaliyyətlərini yüksək qiymətləndirib. Nazir vurğulayıb ki, bu təltiflər həm şəxsi əməyin, həm də Naxçıvan Muxtar Respublikasında formalaşmış güclü maliyyə idarəçiliyi ənənələrinin dövlət səviyyəsində tanınmasının göstəricisidir.

Sonra nazir müavini Elvin Əlimərdanov da çıxış edərək təltif olunan əməkdaşları təbrik edib, onların səmərəli və fədakar əməyinin Nazirliyin kollektivinə örnək olduğunu vurğulayıb.

Sonda təltif olunmuş əməkdaşlar göstərilən yüksək diqqət və etimada görə minnətdarlıqlarını bildiriblər, üzərlərinə düşən məsuliyyəti bundan sonra da layiqincə yerinə yetirəcəklərini qeyd ediblər.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (3 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN