Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

“Uğurlu büdcə planlaması” adlı təlim keçirilib.
News calendar_month

“Uğurlu büdcə planlaması” adlı təlim keçirilib.

  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və 2 fevral-Gənclər Gününə həsr olunmuş “Uğurlu büdcə planlaması” adlı təlim keçirilib.Təlimdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin 35 nəfər könüllüsü iştirak edib. 

İlk olaraq Mərkəzin direktoru Mehriban İmanova təlimin məqsəd və əhəmiyyəti haqqında məlumat verib, belə təlimlərin gənclərin maliyyə sahəsində olan biliklərinin yüksəldilməsi, maliyyə vəsaitlərindən düzgün istifadə etməklə gələcəyə dair düzgün iqtisadi planlar qurması, qənaət və yığım vərdişlərinin artırılması məqsədi daşıdığını bildirib, əlamətdar gün münasibətilə də gəncləri təbrik edib.

Sonra Maliyyə Tədris Mərkəzinin aparıcı mütəxəssisi Emil Tarverdiyev və maliyyə könüllüsü Elmar İskəndərovun təqdimatında zənginləşdirilmiş slaydlar vasitəsilə gənclərə büdcə planlamasının mahiyyəti və əsasları haqqında məlumat verilib, maliyyə hədəflərinin təyin olunması, aylıq gəlirin düzgün bölüşdürülməsi, xərclərə nəzarət mexanizminin qurulması, yığım və investisiya metodları müzakirə şəklində geniş izah edilib.

          Sonda “Büdcə”, “Gəlir”, “Xərc”, “Yığım”, “İnvestisiya” komandaları arasında təlimlə bağlı hazırlanmış suallar əsasında intellektual yarış keçirilib. İlk üç yeri tutan komandanın üzvlərinə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (3 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN