Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Maliyyə Nazirliyində seminar-müşavirə keçirilib.
News calendar_month

Maliyyə Nazirliyində seminar-müşavirə keçirilib.

    8 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Fövqəladə hallardan qorunma, yanğın təhlükəsizliyi və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri” mövzusunda seminar-müşavirə keçirilib.

        Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilən seminar - müşavirəni giriş sözü ilə Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Ağəli Novruzov açaraq qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə hallara dair məlumatların verilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsi, eləcə də qış mövsümü dövründə dəm qazından zəhərlənmə və digər xoşagəlməz hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsindən ibarətdir. 

         Sonra Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidovun müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi ilə bağlı tələblər, yanğın hadisəsi zamanı davranış qaydaları, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri, zəhərlənmənin profilaktikası və digər aidiyyəti mövzular üzrə məruzəsi dinlənildi, mövzulara uyğun slaydlar təqdim edildi.

         Sonda tədbir iştirkaçılarının mövzular üzrə sualları cavablandırıldı və müzakirələr aparıldı.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN