Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.
News calendar_month

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.

  Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 39 il ötür. Onun əziz xatirəsi Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin  əməkdaşları tərəfindən yad edilib.

        Tədbiri giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova gözlərə işıq, qəlblərə nur bəxş edən Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan, mənəvi dünyasından, oftalmologiya elminin inkişafındakı zəngin və çoxcəhətli xidmətlərindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanımın elmi fəaliyyəti bu gün də müasir oftalmoloqlar üçün olduqca faydalı mənbədir.

Çıxışının sonunda Mehriban İmanova qeyd etdi ki, akademik Zərifə xanım Əliyevanın xatirəsi daim anılacaq, xalqımızın qəlbində şəfqətli həkim, ömrünü insanların sağlamlığına həsr etmiş ictimai xadim, sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi əbədi yaşayacaqdır.

Sonda tədbir iştirakçıları üçün Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş televiziya filmi nümayiş olundu.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN