Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Mühasiblərin hazırlıq kursuna start verilib
News calendar_month

Mühasiblərin hazırlıq kursuna start verilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Peşəkar mühasib sertifikatının alınması üçün keçiriləcək imtahanlara hazırlıq qruplarına start verilib.

Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 noyabr tarixli 401 saylı qərarına əsasən büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabr tarixinədək peşəkar mühasib sertifikatına malik olmalıdır. Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər. Belə ki, büdcə təşkilatlarında baş mühasib vəzifəsində çalışmaq istəyən şəxslər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatını iki səviyyə üzrə  əldə edə bilərlər. I səviyyə üzrə sertifikat  əldə edənlər yerli xərclərdən,  II səviyyə üzrə sertifikat  əldə edənlər isə mərkəzləşdirilmiş xərclərdən maliyyələşən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilər. İmtahanda iqtisadi sahədə orta ixtisas təhsili və 5 il stajı olan və ya ixtisasından asılı olmayaraq ali təhsilli şəxslər iştirak edə bilər.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən sertifikatlaşdırma iki mərhələli imtahan vasitəsilə həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir. 

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN