Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Tələbələr Maliyyə Nazirliyində istehsalat təcrübəsinə başlayıblar.
News calendar_month

Tələbələr Maliyyə Nazirliyində istehsalat təcrübəsinə başlayıblar.

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat” ixtisasında əyani şöbə üzrə təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində istehsalat təcrübəsinə cəlb olunub. 29 aprel tarixindən başlayan təcrübənin ilk günündə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova tələblərlə görüşüb, onlara Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsi və strukturu haqqında məlumat verib. Bildirilib ki, təcrübənin irəliləyən günlərində ayrı-ayrılıqda şöbələr və onların iş prinsipi ilə də tanışlıq olacaq. Qeyd edək ki, təcrübənin keçirilməsinin əsas məqsədi tələbələrin peşə bacarıqlarının əldə edilməsi və təkmilləşdirilməsi, ali təhsil müəssisələrində qazanılmış biliklərin təkrarlanması ilə nəzəri əsasların təcrübədən alınan biliklərlə zənginləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsindən ibarətdir.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN