Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini kollektivə tədqim olunub
News calendar_month

Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini kollektivə tədqim olunub

İyunun 10-da Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 7 iyun 2024-cü il tarixli Sərəncamına əsasən maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuş Elvin Yusif oğlu Əlimərdanovu Nazirliyin kollektivinə təqdim edib. Nazirliyin Aparatı və tabeli qurumların rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Bəxtiyar Məmmədov maliyyə nazirinin müavini Elvin Əlimərdanovu yeni təyinat münasibətilə təbrik edib, qarşıda duran vəzifələri diqqətə çatdırıb və bu işdə bütün kollektivə uğurlar arzulayıb. 

            Maliyyə nazirinin müavini Elvin Əlimərdanov dövlətimiz tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib, öz fəaliyyətini şəffaflıq və hesabatlılıq əsasında quracağını, dayanıqlı və davamlı iqtisadi inkişaf üçün səylə çalışacağını diqqətə çatdırıb. Sonda çıxış edən maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov Elvin Əlimərdanovu təbrik edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli maraqlara söykənən uğurlu siyasətinin muxtar respublikada davam etdirilməsi üçün qarşıya qoyulan vəzifələr və müəyyən olunmuş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə uğurlar arzulayıb.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN