Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Dövlət qulluqçuları arasında intellektual bilik yarışı keçirilib
News calendar_month

Dövlət qulluqçuları arasında intellektual bilik yarışı keçirilib

İyunun 21-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə muxtariyyətin 100 illik yubileyinə və “23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı” Gününə  həsr edilmiş “100 sual- 100 cavab”  intellektual bilik yarışı keçirilib.

          Əvvəl Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluğunun müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu, dövlət qulluqçularının 100 illik yubileyini qeyd etdiyimiz muxtar diyarın hərtərəfli inkişafına  öz səmərəli fəaliyyəti ilə töhfə verdiyini qeyd edib, peşə bayramı münasibətilə yarış iştirakçılarını təbrik edib və   uğurlar arzulayıb.

          Yarış Nazirlikdə fəaliyyət göstərən dövlət qulluqçuları arasında keçirilib. Hər birində 5 nəfər olmaqla 4 komanda, ümumilikdə 20 nəfər dövlət qulluqçusunun iştirakı ilə keçirilən bilik yarışında qanunvericilik, ümumi dünyagörüşü, maliyyə mövzularında 100 sual təqdim olunub. Komandaların internetə çıxışı təmin edilməklə “Kahoot” - biliyin ölçülməsi sistemi vasitəsilə iştirakçıların bilik və bacarıqları qiymətləndirilib. “Əlincəqala“  komandası I yerin, “Nuhçıxan“ komandası II, “Möminə xatun“ komandası III yerin qalibi olub. Qalib komandanın üzvlərinə diplomlar təqdim edilib.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN