Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Maliyyə naziri kollektivə təqdim olunub
News calendar_month

Maliyyə naziri kollektivə təqdim olunub

İyulun 18-də Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 16 iyul 2024-cü il tarixli Sərəncamına əsasən maliyyə naziri vəzifəsinə təyin olunmuş Həsən Bayram oğlu İsmayılovu Nazirliyin kollektivinə təqdim edib. 

Nazirliyin Aparatı və tabeli qurumların rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Elşad Əliyev maliyyə naziri Həsən İsmayılovu yeni təyinat münasibətilə təbrik edib, son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, maliyyə sahəsində həyata keçirilən islahatları və qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu işdə maliyyə nazirinə, həmçinin bütün kollektivə uğurlar arzulayıb. 

            Nazir Həsən İsmayılov dövlətimiz tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib, ölkə başçısının dövlət maliyyə siyasətinin həyata keçirilməsi sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi istiqamətində səylə çalışacağını qeyd edərək, Nazirliyin fəaliyyət istiqamətləri üzrə işlərin həyata keçirilməsində daha da yaxşı nəticələrin əldə ediləcəyini diqqətə çatdırıb.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (2 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN