Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Azərbaycan–BVF əməkdaşlığının cari vəziyyəti və prioritetləri müzakirə olunub
News calendar_month

Azərbaycan–BVF əməkdaşlığının cari vəziyyəti və prioritetləri müzakirə olunub

Fevralın 4-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski və Fondun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə BVF arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ölkədə həyata keçirilən institusional və struktur islahatlar nəzərə alınmaqla potensialın artırılması və texniki yardım mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə fiskal və monetar siyasətin əsas istiqamətləri, makroiqtisadi və maliyyə sabitliyinin qorunması, habelə qlobal iqtisadi proseslərin yaratdığı risklərə qarşı dayanıqlığın artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazir Sahil Babayev Azərbaycan ilə BVF arasında uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edərək, IV Maddə üzrə Məsləhətləşmələrin hökumət üçün təkcə müntəzəm dialoq mexanizmi deyil, eyni zamanda makroiqtisadi qiymətləndirmə baxımından mühüm platforma olduğunu bildirib. Nazir vurğulayıb ki, makroiqtisadi və maliyyə sabitliyinin qorunması hökumətin əsas prioritetlərindən biri olaraq qalır, fiskal siyasət isə davamlılıq və səmərəlilik prinsipləri əsasında formalaşdırılır. Dövlət resurslarının səmərəli istifadəsi, orta müddətli büdcə planlaşdırılmasının gücləndirilməsi və xarici şoklara qarşı dayanıqlığın artırılması islahat gündəliyinin əsas istiqamətlərini təşkil edir.
Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN