Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

“e-müqavilə” altsistemindən istifadəyə dair video-təlimat hazırlanıb
News calendar_month

“e-müqavilə” altsistemindən istifadəyə dair video-təlimat hazırlanıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın artırılması və rəqəmsallaşma sahəsində islahatları davam etdirir.

Bu istiqamətdə dövlət satınalmalarının rəqəmsal müstəvidə idarə edilməsi məqsədilə cari ilin aprel ayından etibarən fəaliyyətə başlayan və yüksək istifadəçi aktivliyinin qeydə alındığı “e-müqavilə” altsistemindən praktiki istifadə qaydalarını əks etdirən video-təlimat hazırlanıb.

Satınalma proseslərinin iştirakçıları üçün altsistemin tətbiqini daha da asanlaşdırmaq məqsədilə hazırlanan təlimatda mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin elektron formada yaradılması, razılaşdırılması, imzalanması qaydaları izah olunub.

Bu video bələdçi büdcə təşkilatları və təchizatçıların “e-müqavilə” altsistemindəki avtomatlaşdırılmış prosesləri daha çevik və səmərəli idarə etməsinə imkan verəcək.

Qeyd edək ki, “e-müqavilə” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

 

Video təlimata keçid linki

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN