Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib
News calendar_month

BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib

Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu İsveçrə Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib. Səfər çərçivəsində İcraçı direktora işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin Baş Planının icrası, müasir infrastrukturun formalaşdırılması, habelə Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin mərhələli şəkildə köçürülməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. P.Loşevski həmçinin, Xankəndi şəhərinin mərkəzi hissəsi və əsas infrastruktur obyektlərinin fəaliyyəti, burada aparılan bərpa və yenidənqurma işləri, sosial infrastrukturun təşkili və sakinlərin yaşayış şəraitinin təmin olunması istiqamətində görülən tədbirlərlə tanış olub. Şuşa şəhərinə səfər zamanı isə qonağa şəhərin zəngin tarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçinin həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş məlumat təqdim olunub. Qeyd edilib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi regionun sosial, mədəni və iqtisadi həyatında mühüm rol oynayır.
Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN