Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Büdcə təşkilatlarında çalışan baş mühasib və mühasiblər üçün maarifləndirici seminarlar keçirilir
News calendar_month

Büdcə təşkilatlarında çalışan baş mühasib və mühasiblər üçün maarifləndirici seminarlar keçirilir

Fevralın 24-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Hesablama Palatası nümayəndələrinin iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının baş mühasib və mühasibləri üçün maarifləndirici seminar və metodiki tədbirə start verilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov bildirib ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 11 dekabr 2025-ci il tarixli kollegiya iclasında Maliyyə Elm-Tədris Mərkəzinin fəaliyyət istiqamətlərinin Naxçıvan Muxtar Respublikası üzrə tətbiq edilməsi ilə bağlı verilmiş tapşırığa uyğun olaraq təşkil olunan seminarın əsas məqsədi büdcə təşkilatlarında maliyyə idarəçiliyinin təkmilləşdirilməsi, mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili, büdcə vəsaitlərindən səmərəli, şəffaf və təyinatı üzrə istifadə olunmasının təmin edilməsidir.

Nazir müavini vurğulayıb ki, maliyyə intizamının gücləndirilməsi, hesabatlıq və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi dövlət vəsaitlərinin effektiv və məqsədyönlü idarə olunmasında mühüm əhəmiyyət daşıyır.

Seminar çərçivəsində iştirakçılara mühasibat uçotunun əsasları, dövlət büdcəsinin planlaşdırılması və icrası mexanizmləri, maliyyə hesabatlarının tərtibi qaydaları, audit yoxlamaları zamanı aşkar edilən nöqsanlar və onların aradan qaldırılması istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, büdcə planlaşdırılması prosesində yol verilən çatışmazlıqların təhlili aparılıb, metodiki izahlar təqdim olunub və praktiki nümunələr üzərində müzakirələr təşkil edilib.

Təlim proqramı nəzəri və praktiki sessiyalardan ibarət olmaqla interaktiv formada keçirilir. İştirakçılar real iş təcrübəsinə əsaslanan tapşırıqlar vasitəsilə mövzuları daha dərindən mənimsəyib, sual-cavab sessiyalarında qarşılaşdıqları məsələləri müzakirə etmək imkanı əldə ediblər.

Qeyd edək ki, üç gün davam edəcək maarifləndirici tədbirlərin keçirilməsi dövlət qurumlarında maliyyə idarəçiliyinin şəffaflığının artırılmasına, hesabatlıq mexanizmlərinin gücləndirilməsinə və büdcə vəsaitlərinin daha səmərəli idarə olunmasına mühüm töhfə verəcəkdir.

collections

Foto Qalereya

Böyütmək və baxmaq üçün şəkillərə klikləyin (1 foto)

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN