Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinə yeni rəis təyin olunub
News calendar_month

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinə yeni rəis təyin olunub

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Əkbərov Məmmədnağı Asiman oğlu Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Fevralın 16-da Nazirlikdə Məmmədnağı Əkbərovun Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsinə təyin olunması ilə bağlı kollektivə rəsmi təqdimat mərasimi keçirilib. Təqdimat zamanı nazir Həsən İsmayılov İdarənin fəaliyyətinin daha da təkmilləşdirilməsi, maliyyə nəzarət mexanizmlərinin gücləndirilməsi və mövcud çağırışlara uyğunlaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib, Məmmədnağı Əkbərova fəaliyyətində uğurlar arzulayıb. Məmmədnağı Əkbərov göstərilən etimada görə təşəkkürünü bildirib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini qeyd edib. Qeyd edək ki, Məmmədnağı Əkbərov 28 oktyabr 1990-cı ildə Şərur rayonunda anadan olub. O, Naxçıvan Universitetində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr, Naxçıvan Dövlət Universitetində isə “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində başlayan Məmmədnağı Əkbərov sonrakı illərdə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 2024-cü ildən isə Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edib.
Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN