Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

Muxtar respublikanın ümumtəhsil məktəblərində maliyyə savadlılığının artırılmasına dair təlimlər keçirilir
News calendar_month

Muxtar respublikanın ümumtəhsil məktəblərində maliyyə savadlılığının artırılmasına dair təlimlər keçirilir

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici təlimlər keçirilir. Təlimlər çərçivəsində 23 yanvar 2026-cı il tarixində Babək rayonunun Yarımca kənd tam orta məktəbində növbəti təlim təşkil olunub. Təlimdə əvvəlcə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək maliyyə savadlılığının şagirdlərin gələcək həyatında oynadığı mühüm roldan bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov maliyyə biliklərinin erkən yaşlardan formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, təlimlərin əsas məqsədi şagirdlərdə maliyyə biliklərini artırmaq və məsuliyyətli maliyyə davranışını formalaşdırmaqdır. Tədbirin davamında Maliyyə Nazirliyinin əməkdaşı Aytən Mənsumzadə tərəfindən şagirdlər üçün praktiki və interaktiv təlim keçirilib. Təlim zamanı maliyyə planlaşdırılması, büdcə anlayışı və düzgün maliyyə qərarlarının verilməsi mövzularına dair məlumatlar təqdim olunub. Sonda interaktiv hissə təşkil edilib, fəallığı ilə seçilən məktəblilər mükafatlandırılıb.
Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN