Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib
News calendar_month

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib

Dekabrın 9-da Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib

İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri də iştirak ediblər.

Qəbul edilmiş qanuna əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 faizi həcmindədir.

Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.

Milli Məclisin plenar iclasında həmçinin, 2026-cı ilin icmal büdcəsinə daxil olan əsas maliyyə sənədləri də III oxunuşda səsə qoyularaq qəbul edilib.

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN