Official state platform of the Republic of Azerbaijan
account_balance

Official website links end with .gov.az

Government entities communicate via .gov.az domain (e.g., nmaliyye.gov.az).

List of official websites north_east
lock

Secure websites use the HTTPS protocol

As an extra security measure, check for a lock icon lock or https:// prefix in the URL bar. Share sensitive info only on official and secure sites.

“Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib
News calendar_month

“Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib

Dekabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə əsasən aparıcı komitə təyin olunan İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyevin sədrliyi ilə “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi məqsədilə Ali Məclis komitələrinin birgə iclası keçirilib.

Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsini Ali Məclisə təqdim edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsinin gəlirlərinin 483 milyon 178 min manat, xərclərinin 483 milyon 178 min manat məbləğində təsdiq edilməsi nəzərdə tutulub.

Emin Şıxəliyev qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin dövlət proqramları çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, iqtisadiyyatın sahələrinin və regionların kompleks inkişafının təmin edilməsinə yönəldilib. Məhz bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib.

Diqqətə çatdırılıb ki, 2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsinə nəzər saldıqda gəlir mənbələri üzrə 2025-ci ilə nisbətən 64 milyon 120 min manat və ya 30,9 faiz artım müşahidə olunur. Həmçinin 2026-cı il üzrə büdcə gəlirləri ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələyib ki, bu da artıq iqtisadi inkişafın yeni mərhələdə formalaşmasından xəbər verir.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev qanun layihəsi barədə məlumat veriblər.

Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra İqtisadi siyasət komitəsinin rəyi oxunub, qanun layihəsi yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının müzakirəsinə təqdim edilib.

Share
Gerb
Nakhchivan Autonomous Republic
Ministry of Finance
newspaperMedia mailContact
Dil / Language
AZ EN