5 vəzifə ümumi müsahibəyə çıxarılıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində inzibati vəzifələr  üzrə 5 vəzifə ümumi müsahibəyə çıxarılıb.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2 yer və yerli bölmələrində 3 yer olmaqla, ümumilikdə 5 vəzifə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 23 noyabr 2023-cü il tarixində elan edilmiş ümumi müsahibəyə verilib.

Namizədlər müsahibə proqramı, vəzifə haqqında məlumat və müraciət forması ilə tanışlıq üçün aşağıdakı linkə keçid edə bilərlər:

https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=530

Elan üçün sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə həyata keçirilir. 22 dekabr 2023-cü il tarixinədək sənəd qəbulu davam edəcək.