Ən çox verilən suallar

Naxçıvan MR Maliyyə Nazirliyində qurulmuş sistemlərə necə daxil olmaq olar?

Nazirliyin saytında Operativ nəzarət portalı bölməsinə daxil olduqdan sonra “Port nömrəsini daxil edin” xanasına müvafiq port nömrələrini yazmaqla (sistemdə olan mövcud portlar bölməsində port nömrələri göstərilmişdir) və ya sol tərəfdə yerləşən bölmələrə daxil olmaqla.

Nazirliyin elektron poçt sisteminin port nömrəsi neçədir və elektron poçt sistemində daxil olan sənədləri necə tapmaq olar?

Elektron poçt sisteminin port nömrəsi 33-dür. Müəssisələr onlara məxsus elektron poçt istifadəçi adlarını və şifrəni bilməklə elektron poçt sisteminə daxil ola bilərlər. Xatırladırıq ki, daxil olan sənədlər çox olduqda yeni daxil olan sənədlər sistemdə görunməyə bilər. Bunun üçün köhnə sənədlərin və ya nisbətən az məna kəsb edən sənədləri silməklə istifadəçilər yeni sənədləri görə bilərlər.

Vətəndaşlar ərizə, şikayət və təkliflərini maliyyə nazirliyinə necə göndərə bilərlər?

Vətəndaşların nəzərinə çatdırılır ki, hər hansı şikayət, ərizə, təklif və s. olarsa, maliyyə nazirliyinin saytında (nmaliyye.gov.az) müraciətlər bölməsinə daxil olmaqla və burada müvafiq bölmələri dolduraraq müraciət edə bilərlər.

Maliyyə Nazirliyinin qaynar xətti varmı və hansı günlər fəaliyyət göstərir?

Bəli var. 550-33-33 nazirliyin qaynar xəttidir və iş günləri saat 9:00-18:00 arasında fəaliyyət göstərir.

Büdcə təşkilatı XHK (Xəzinə hesab kitabı) nömrəsini Operativ nəzarət portalı vasitəsilə necə öyrənə bilər?

Büdcə təşkilatı nazirliyin saytinda Operativ nəzarət portalı bölməsinə daxil olduqda “XHK nömrəsinin öyrənilməsi” sətrinə daxil olaraq büdcə təşkilatının adını müvafiq bölməyə yazaraq XHK nömrəsini öyrənə bilər. Qeyd edirik ki, XHK nömrələri hər ilin əvvəli dəyişdirilir.