Elan

         

2-3 dekabr 2023-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan Mühasiblər Forumu keçiriləcək. Forumun keçirilməsinin məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılması istiqamətində maarifləndirmə və məlumatlandırma işinin aparılması, mühasiblərdə ruh yüksəkliyi yaratmaqla, mühasib peşəsinə olan marağın yüksəldilməsindən ibarətdir. Bütün maliyyə-mühasibat və vergi sahəsində çalışan əməkdaşlar, tələbələr və digər maraqlı şəxslər dəvətlidir!

Naxçıvandan qatılacaq iştirakçılar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/UrAwHmWsLzNnndpB9