Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və 2 fevral-Gənclər Gününə həsr olunmuş “Mən mühasib olmaq istəyirəm!” adlı təlimə qeydiyyat açıq elan edilib. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən keçiriləcək olan təlimin məqsədi gənclərin mühasib peşəsinə olan marağını artırmaq və gənc mühasiblərin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaratmaqdan ibarətdir.Üç gün davam edəcək təlimdə iştirak edənlər mühasibatlıq sahəsində həm nəzəri, həm praktiki biliklərə yiyələnəcək, həm də rəsmi mühasibatlıq sahəsində vacib məqamları öyrənəcəklər.Təlimdə iştirak etmək istəyənlər aşağıda paylaşılan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: https://forms.gle/4JkuKwvUzSho8m8X9