Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi nazirliyin aparatı üçün xidməti minik avtomobillərinin alışı məqsədilə kotirovka sorğusu elan edib.
Kotirovka sorğusunda iştirak etmək istəyənlər əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından (https://etender.gov.az/) əldə edə bilərlər. Sorğu üzrə təklif və digər zəruri sənədlər 30 sentyabr 2024-cü il saat 09:00-dək Portal vasitəsilə təqdim olunmalıdır. Təkliflərin açılışı 30 sentyabr 2024-cü il saat 09:00-da Portal vasitəsilə həyata keçiriləcək.