Maliyyə Nazirliyində vakant 6 inzibati vəzifə üçün daxili müsahibə elan edilib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində 6 inzibati vəzifə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 10 yanvar 2024-cü il tarixində elan edilmiş daxili müsahibəyə verilib.

Elan üçün sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin internet portalı (dim.gov.az.) vasitəsilə həyata keçirilir. 24 yanvar 2024-cü il tarixinədək sənəd qəbulu davam edəcəkdir.

Namizədlər vəzifə haqqında məlumat, müsahibə proqramı və müraciət forması ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərlər. 

 

https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=534