Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan “Yeni dövrün ən yaxşı mühasibi” IV muxtar respublika müsabiqəsini elan edir.
7 may 2024-cü il tarixində keçiriləcək müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər iştirak edə bilər.
Büdcə, kommersiya təşkilatlarının mühasibləri və tələbələr üçün fərqli test tapşırıqları əsasında keçiriləcək müsabiqədə ən yüksək nəticə toplayan ilk üç yerin qaliblərinə diplom və sertifikatlar təqdim olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər.
https://forms.gle/yQtPmwrDk3nTcLYU9