Maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün seminar keçiriləcək

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə maliyyə və mühasibatlıq sahəsində çalışanlar üçün “Əmək qanunvericiliyi: Mürəkkəb məqamlara sadə izah” mövzusunda seminar keçiriləcək.

Avqust 17-də Maliyyə Nazirliyində əyani formada təlimçi-ekspert Arif Ataxanlı tərəfindən keçiriləcək seminarda muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri və bu sahəyə marağı olan şəxslər iştirak edə bilərlər.

Seminarda  iştirak  etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

https://forms.gle/UWrsdXqippUngumn6