Maliyyə və mühasibatlıq sahəsində çalışanlar və PMS imtahanlarına hazırlaşanlar üçün vergi qanunvericiliyinə dair seminar keçiriləcək.

 

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə maliyyə və mühasibatlıq sahəsində çalışanlar və peşəkar mühasib sertifikatı (PMS) imtahanlarına hazırlaşanlar üçün “Vergi qanunvericiliyi: mürəkkəb məqamlara sadə izah” mövzusunda seminar keçiriləcək.

Naxçıvan Dövlət Texniki Kollecində əyani formada vergi eksperti İsmayıl Bağırov tərəfindən keçiriləcək seminarda təşkilati-hüquqi formasından asılı olmayaraq muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, peşəkar mühasib sertifikatı (PMS) imtahanlarına hazırlaşanlar və bu sahəyə marağı olan şəxslər iştirak edə bilərlər.

Seminarda iştirak etmək istəyən şəxslər  şəklin üzərindəki QR kodu oxutmaqla və ya aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://forms.gle/LAL1RdD2tqF3dsex9