Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində inzibati vəzifələr üzrə 5 vəzifə daxili müsahibəyə çıxarılıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Aparatında 1 və yerli bölmələrində 4 olmaqla, ümumilikdə 5 vəzifə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 7 avqust 2024-cü il tarixində elan edilmiş daxili müsahibəyə verilib.

Namizədlər müsahibə proqramı, vəzifə haqqında məlumat və müraciət forması ilə tanışlıq üçün "nmaliyye.gov.az" saytında elanlar və xəbərlər bölməsində paylaşılan linkə keçid edə bilərlər.

Elan üçün sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə həyata keçirilir və 21 avqust 2024-cü il tarixinədək davam edəcəkdir.

 

Link: https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=548