Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən aşağıda qeyd olunan istiqamətlər üzrə malların və xidmətlərin satın alınması məqsədilə kotirovka sorğuları elan edilib:
1. Nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınması və cari təmiri
Təkliflərin təqdim olunması üçün son tarix: 22 aprel 2025-ci il, saat 15:00
2. Dəftərxana və təsərrüfat mallarının satın alınması
Təkliflərin təqdim olunması üçün son tarix: 24 aprel 2025-ci il, saat 10:00
3. Mətbəə (çap) məhsullarının satın alınması
Təkliflərin təqdim olunması üçün son tarix: 24 aprel 2025-ci il, saat 15:00
Kotirovka sorğularında iştirak etmək istəyən iddiaçılar əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından (https://etender.gov.az) əldə edə bilərlər. Təkliflərin təqdim olunması və açılışı qeyd olunan tarixlərdə və saatlarda Portal vasitəsilə aparılacaq.