Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan şəxslər üçün sınaq imtahanı keçiriləcək

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) üzrə Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək.

Oktyabrın 26-da keçiriləcək sınaq imtahanında xüsusilə ictimai sektor təşkilatlarında çalışan maliyə-mühasibat işçiləri olmaqla muxtar respublikanın bütün müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri iştirak edə bilərlər.

Müvafiq istiqamət üzrə 3 noyabr tarixində keçiriləcək imtahan nəzərə alınaraq sınaq imtahanının nəticələri həmin tarixədək iştirakçıların elektron ünvanlarına göndəriləcək, 2 noyabr tarixində isə test kitabçasında qeyd olunan bütün suallar müzakirə olunacaqdır.
Bu müzakirədə Bakıdan dəvət olunmuş Dövlət İmtahan Mərkəzinin ekspertinin iştirakı ilə nəticələr təhlil ediləcək və iştirakçılara mürəkkəb məqamlar barədə ətraflı izahlar veriləcəkdir.

Sınaq imtahanında iştirak etmək istəyənlər aşağıdakı link və ya elan şəklinin üzərindəki QR kod vasitəsilə qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün (036) 550-33-33 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Link: https://forms.gle/nHB79UYgdVWfRCon7