Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan şəxslər üçün sınaq imtahanı keçiriləcəkdir

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) üzrə Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək.

İyulun 12-də keçiriləcək sınaq imtahanında xüsusilə ictimai sektor təşkilatlarında çalışan maliyə-mühasibat işçiləri olmaqla muxtar respublikanın bütün müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri iştirak edə bilərlər.

Müvafiq istiqamət üzrə 20 iyul tarixində keçiriləcək imtahan nəzərə alınaraq sınaq imtahanının nəticələri həmin tarixədək iştirakçıların elektron ünvanlarına göndəriləcək, 18 iyul tarixində isə test kitabçasında qeyd olunan bütün suallar müzakirə olunacaq, nəticələr təhlil ediləcək və iştirakçılara mürəkkəb məqamlar barədə ətraflı izahlar veriləcəkdir.

Sınaq imtahanında iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan link və ya elan şəklinin üzərindəki QR kod vasitəsilə qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün (036) 550-33-33 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Link: https://forms.gle/zZcjkwLr8wJC4tvd8