2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 493,1 milyon manat plana qarşı 450,7 milyon manat və ya 91,4 faiz, o cümlədən yerli yığımlar 290,7 milyon manat olmaqla plana qarşı 140,1 faiz, dotasiya 160 milyon manat olmaqla plana qarşı 56,0 faiz icra edilib.
Eyni dövrdə büdcə xərcləri 505,2 milyon manat plana qarşı 445,7 milyon manat və ya 88,2 faiz həcmində icra edilib.