Haqqımızda
Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə yaradılan maliyyə şöbəsi 1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərmiş, Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin 18 yanvar 1924-cü il tarixli qərarı ilə Xalq Maliyyə Komissarlığına çevrilmişdir.
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli fərmanı ilə Naxçıvan MSSR Maliyyə Komissarlığı Naxçıvan MSSR Maliyyə Nazirliyi adlandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 1998-ci il tarixli 47-I nömrəli fərmanına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin bazasında Naxçıvan Muxtar Respublikası Maliyyə-İqtisadiyyat Nazirliyi yaradılmışdır.
Bu nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 1 may 2001-ci il tarixli 10-II FR nömrəli fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə çevrilmişdir.
visibility Missiya
Dövlət maliyyəsinin səmərəli idarə olunmasını təmin etmək və makroiqtisadi sabitliyi qorumaq.
flag Hədəflər
Şəffaflıq, hesabatlılıq və büdcə vəsaitlərinin məqsədyönlü istifadəsini təmin edən qabaqcıl maliyyə sistemi.