...

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri ziyarət olunub

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Aparatı və tabeli qurumlarının əməkdaşları tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri ziyarət edilib.

 

 

Bayram münasibətilə ailələrə müxtəlif hədiyyələr təqdim olunub və onların hər zaman dövlətin diqqət və qayğısı altında olduqları vurğulanıb.

Bu cür tədbirlər şəhid ailələrinin cəmiyyətdəki xüsusi yerini bir daha xatırladır və onların unudulmadığını nümayiş etdirir. Bu təşəbbüs həm də xalqımızın milli birlik və həmrəylik dəyərlərinin təcəssümüdür.

Şəhidlərimizin xatirəsini əziz tutmaq və onların ailələrinə dəstək olmaq xalqımızın milli-mənəvi borcudur. Bu kimi ziyarətlər isə həmin dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır.