...

Anadan olmasının 102-ci ildönümündə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

10 may tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət ediblər.

Ziyarət zamanı Ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidəsinin önünə tər güllər düzülüb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, xalqın xilaskarı kimi tarixə düşmüş böyük şəxsiyyətdir. Onun rəhbərliyi ilə əsası qoyulan inkişaf strategiyası bu gün də ölkəmizin tərəqqisinin əsasını təşkil edir.

Ulu Öndərin iqtisadiyyatın, xüsusilə də maliyyə sisteminin formalaşdırılmasında və müasir tələblərə uyğun inkişaf etdirilməsində əvəzsiz xidmətləri vardır. Onun müəyyən etdiyi möhkəm təməl üzərində bu gün də uğurlu islahatlar həyata keçirilir. Heydər Əliyev ideyaları xalqın birliyi və dövlətin güclənməsi yolunda daim yolgöstərən olacaqdır.