...

Anadan olmasının 103-cü ildönümündə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

10 may tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib.

Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidəsinin önünə tər güllər düzülüb.

Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib, onun Azərbaycan dövlətçiliyinə verdiyi tarixi töhfələr bir daha böyük ehtiramla xatırlanıb.