...

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Qərarında dəyişiklik edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 11 avqust 2016-cı il tarixli 300 nömrəli Qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Nazirliyin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının maliyyə naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə

Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru