Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən muxtar respublikanın yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarının maliyyə-mühasibatlıq üzrə fəaliyyət göstərən baş mühasibləri üçün keçirilən maarifləndirici tədbir başa çatıb.
Rayonlar üzrə müəyyən edilmiş bölgü əsasında 3 gün davam edən maarifləndirici tədbirdə maliyyə-mühasibatlıq üzrə fəaliyyət göstərən baş mühasiblər peşəkar mühasib sertifikatının əldə edilməsi prosesi ilə bağlı məlumatlandırılıb, onların mühasibat uçotu üzrə bilik səviyyələrinin yoxlanılması məqsədilə test imtahanları keçirilib.