...

Büdcə layihəsinin işlənməsi ilə bağlı maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində büdcədən maliyyələşən təşkilatların maliyyə-mühasibat işçiləri üçün 2025-ci il və sonrakı üç il üçün büdcə layihəsinin hazırlanması ilə bağlı maarifləndirici tədbir keçirilib.

        Tədbir zamanı büdcə layihəsinin vaxtında, qənaətcil, optimal, hüquqi və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə tərtib edilməsi qaydaları barədə nazirliyin aidiyyəti şöbələrinin rəhbərləri tərəfindən iştirakçılara məlumat verilib, qarşıda duran tapşırıqlar və günün tələbləri onların diqqətinə çatdırılıb.

          Sonda qarşılıqlı müzakirələr aparılıb.