...

Əməkdaşımız “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 24 iyun 2024-cü il tarixli  Sərəncamı ilə təltif edilən dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Əliyev Cabir Həsən oğlu da yer alıb. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Cabir Əliyev Maliyyə Nazirliyində əmək fəaliyyətinə ilk olaraq 1984-cü ildən başlayıb, hal-hazırda Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin Qeyri-büdcə təşkilatları üzrə nəzarət tədbirlərinin aparılması sektorunun baş məsləhətçi-müfəttişi vəzifəsində fəaliyyətini davam etdirir.

         Maliyyə Nazirliyinin kollektivi adından əməkdaşımızı təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.