"Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə bir qrup dövlət qulluqçusu dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilib.
Təltif edilənlər siyahısında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı da yer alıb.
Nazirliyin yerli bölmələrindən Babək Rayon Maliyyə İdarəsinin rəisi Zeynalov Rasim Aydın oğlu "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Bu təltif əməkdaşımızın dövlət qulluğundakı peşəkarlıqla və məsuliyyətlə göstərdiyi fəaliyyətinin yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.
Maliyyə Nazirliyinin kollektivi adından əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətində ona yeni-yeni uğurlar arzulayırıq!