...

Əməkdaşımız Peşəkar Mühasib Sertifikatının hər üç növünü əldə edib

Nail Mustafazadə Naxçıvan Dövlət Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alıb və fərqlənmə diplomu ilə məzun olub.

Tələbəlik illərində maliyyə və mühasibatlıq sahəsində keçirilən müxtəlif müsabiqələrdə iştirak edərək muxtar respublika üzrə bir sıra uğurlar qazanıb. O, həmçinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında II yerə layiq görülüb.

2023-cü ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində fəaliyyət göstərən Nail Mustafazadə hazırda Nazirliyin Uçot siyasəti sektorunda fəaliyyətini davam etdirir.

O, peşəkar mühasib sertifikatı imtahanlarında əldə etdiyi yüksək nəticələrlə yanaşı, eyni zamanda dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqələrdə də fərqlənib.

Əməkdaşımızı bu uğurları münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər əldə etməsini arzulayırıq.