Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2025-ci il 23 iyun tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu təltif edilib.
Təltif edilənlər siyahısında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin iki nəfər əməkdaşı da yer alıb.
Nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Novruzov Ağəli Əkbər oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, Xəzinə şöbəsinin Büdcənin uçotu və hesabatı sektorunun müdiri Məmmədov Vüsal Vətən oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Bu təltiflər əməkdaşlarımızın dövlət qulluğundakı peşəkarlıqla və məsuliyyətlə göstərdikləri fəaliyyətinin yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.
Maliyyə Nazirliyinin kollektivi adından hər iki əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayırıq!