Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov 2024-cü ilin yekunlarından danışarkən 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının yerli büdcə gəlirlərinin 250 milyon manatdan artıq olduğunu, bunun da büdcə xərclərinin 50 %-dən çoxunu icra etməyə imkan verdiyini qeyd edib.
Həmçinin "Ötən ili həm muxtar respublikada aparılan sosial-iqtisadi islahatlar, həm də həyata keçirilən maliyyə siyasəti baxımından kifayət qədər uğurlu hesab edirəm. Büdcə xərclərinin icrasında dövlət büdcəsindən ayrılan dotasiyanın payı əhəmiyyətli dərəcədə aşağı salınıb.
Bu il də yerli gəlirlərin payı çox olacaq və biz bunu büdcənin tərtibində nəzərə almışıq. Biz muxtar respublikanın xərclərinin optimallaşdırılmasını, gəlirlərin artırılmasını əsas priotetlərdən hesab edirik. Ötən müddətdə bununla bağlı əhəmiyyətli və təqdirəlayiq addımlar atılıb", - deyə o qeyd edib.
Daha ərtaflı : https://youtu.be/PZkBUnnzezg?si=Z7GBwb3qUSvNYRhI