Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi proqram təminatlarına və məlumat bazalarına xidmət göstərilməsi məqsədilə kotirovka sorğusu elan edib.
Kotirovka sorğusunda iştirak etmək istəyənlər əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından (https://etender.gov.az/) əldə edə bilərlər. Sorğu üzrə təklif və digər zəruri sənədlər 13 mart 2024-cü il saat 13:30-dək Portal vasitəsilə təqdim olunmalıdır. Təkliflərin açılışı 13 mart 2024-cü il saat 13:30-da Portal vasitəsilə həyata keçiriləcək.